Roma Papası Fransisk 1990-cı ildən televizora baxmadığını etiraf edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Fransisk deyib ki, hər gün yalnız bir qəzeti – “Republika”nı oxuyur: “Mən bunu səhərlər edirəm, onu vərəqləmək 10 dəqiqədən çox çəkir. Televizora isə 1990-cı ildən baxmıram”.
Papanın sözlərinə görə, televizora baxmaq onu maraqlandırmır. Fransisk internetdən istifadə etmədiyini də bildirib.
Modern.az