Modern.az

”Kitab oxumayan cəmiyyət kifayət qədər təhlükəlidi” - Azərbaycanda mütaliə problemi

”Kitab oxumayan cəmiyyət kifayət qədər təhlükəlidi” - Azərbaycanda mütaliə problemi

Ədəbiyyat

26 May 2015, 22:40

Mayın 25-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə ”Gənclik və Maarifçilik” İctimai Birliyinin icra etdiyi ”Bilik biliyə ehtiyac yaradır” (mütaliə mədəniyyətinin yüksəldilməsinə ictimai dəstək) layihəsinin ilk tədbiri keçirilib.
Tədbirdə müxtəlif ali məktəblərin tələbələri, ictimai birliklərin nümayəndələri, KİV təmsilçiləri iştarak edib. İctimai Birliyin təmsilçisi Mehman Kərimov son illərdə ölkədə kitaba marağın kəskin azlamasının səbəblərindən danışıb. M.Kərimovun fikrincə kitabın, mütaliənin təbliği ölkədə çox aşağı səviyyədədi. Müasir dövr intellekt heç bir dövrlə müqayisə olunmayacaq dərəcədə müəyyənedici rol oynayır. Çıxışında “mütaliə cəhalətlə tərs mütənasibdir” fikrini yada salan tədqiqatçı bu günkü gəncliyin inkişafı, dövlətin, cəmiyyətin möhkəmlənməsi, tərəqqisi üçün kitaba hazırkı laqeyd münasibətin mütləq dəyişilməsinin zəruriliyini qeyd edib.

”Nəşr edilən kitabların böyük əksəriyyətinin tirajı 500-1000 civarındadı. Bu, ölkədə mütaliə zövqünün kifayət qədər aşağı olmasının göstəricisidi. Təkcə Bakı şəhərində 100 mindən çox tələbə təhsil alır, amma böyük ehtimalla onların 1 faizi belə, kitab oxumur. Paytaxtda cox az – 10 kitab dükanı fəaliyyət göstərir. Kitab satışı mərkəzlərinin sayı son 20 ildə kəskin şəkildə azalıb, müşahidələrimizə görə əksər rayonlarda kitab dükanları yoxdu. Bütövlükdə bu vəziyyəti biz, kifayət qədər kritik olaraq qiymətləndiririk. Oxucu passivliyi bu problemin əsas komponentlərindəndi. Ümumiyyətlə, bu sahədə ciddi bir sistemsizlik və kortəbiilik mövcuddu. Hesab edirik ki, kitaba münasibət, mütaliə mədəniyyəti hər bir ölkənin inkişafında strateji bir məsələdi. XVIII əsr filosoflarından Volter yazırdı ki, Fransanı heç nə kitab qədər fransızlaşdıra bilməz. Qeyd etmək lazımdı ki, mütaliə zövqü və bütövlükdə kitaba münasibət müasir cəmiyyətlərinin əsas rəqabət göstəricilərindəndi. Təcrübə göstərir ki, kitab mütaliəsi ictimai mədəniyyətin, ictimai əxlaqın yüksəldilməsinə zəmin olur.
Kitab oxumanın geniş sosial vərdişə çevrilməsi hər bir cəmiyyət üçün faydalıdı. Bu zəruri ictimai dialoq və birgəyaşayış qaydalarının təkmilləşməsinə xidmət edir. Müasir həyatı mütaliəsiz təsəvvür etmək çox çətindi”.

Tədbirdə çıxış edən filosof və tədqiqatçı, fələsəfə üzrə fəlsəfə doktoru Müşfiq Şükürov kitab oxumanın şəxsiyyətin formalaşması, həyatda və dünyada öz yeri tapması üçün misilsiz önəm daşıdığını qeyd edib. İnsana hər hansı bir kitabı oxumağı təklif etmək fikrindən uzaq olduğunu deyən filosof bunun hər bir şəxsin axtarışılarının nəticəsi ola biləcəyini və bu axtarışların bitməyən bir mənəvi proses olduğunu bildirib. Müşfiq Şükürovun fikrincə, savadsız insan tarixən məhsuldar olmayıb, yaradıcı olmayıb və onun irsi yoxdur.

”Biz əgər güclü, sivil bir toplum olmaq istəyiriksə bunun yolu mütaliədir”.

İctimai medianın ən fəal təmsilçilərindən olan yazıçı-publisist Coşqun Eldaroğlu müasir Azərbaycan cəmiyyətidə kitaba münasibətin müxtəlif aspektlərini təhlil edib. Bu gün ölkədə kitab oxumaqla, mütaliə ilə çox şeyə nail olmağın qeyri-reallığını deyən yazıçı kitaba hazırkı total laqeyd münasibətin dəyişdirilməsinin yolları haqda danışıb. C.Eldaroğlunun fikrincə, kitab oxumayan cəmiyyət və xalq kifayət qədər təhlükəlidi”.

Tədbirdə iştirakçıların sualları müzakirə edilib, mövcud vəziyyətin, mütaliə mədəniyyətinin yüksəldilməsinin müxtəlif amilləri təhlil edilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI