Modern.az

Jurnalistlər üçün kurslar başlayır

Jurnalistlər üçün kurslar başlayır

Qarabağ

29 Sentyabr 2010, 11:27

Niderland Jurnalistika Məktəbi jurnalistlər və tələbələr üçün 2 aylıq kursa başlayır. Məktəbin rəhbərliyindən Modern.az-a verilən məlumatda bildirilib ki, politoloq Zərdüşt Əlizadənin rəhbərliyi ilə keçiriləcək kurslar oktyabr ayının 1-dən başlayacaq. Həftədə 5 dəfə keçiriləcək kurslarda dərsləri xarici müəllimlərlə yanaşı, tanınmış pedaqoq Zeynal Məmmədli də deyəcək. Kursları bitirənlərə sertifikatlar veriləcək.

Bu kurslar müntəzəm olaraq keçirilir.   

Vüqar Ağamalıoğlu

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama