Modern.az

Kerridən Qarabağ barədə yeni BƏYANAT

Kerridən Qarabağ barədə yeni BƏYANAT

27 May 2015, 09:34


ABŞ Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu ciddi şəkildə dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların dövlət katibi Con Kerri Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə təbrikində qeyd edib.

Dövlət katibi vurğulayıb ki, Azərbaycan xalqı 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdı: "Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi elan etdiyinizdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir".

C.Kerri həmçinin Vaşinqtonun və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası vasitəsilə regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlığını qeyd edib.

O əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalır.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular