Modern.az

Deputat seçicilərinə Respublika günü ilə bağlı tarixi faktlardan danışıb -FOTO

Deputat seçicilərinə Respublika günü ilə bağlı tarixi faktlardan danışıb -FOTO

27 May 2015, 09:45

 

Milli  Məclisin  Sosial  Siyasət  komtiəsinin  sədri  Hadi  Rəcəbli  ölkəmizin  milli  bayramı  Respublika Günü  ərəfəsində  Lənkəranda  ziyalılar, zəhmət adamları, ağsaqqallar və ağbirçəklər, orta məktəblərin orta yaşlı məzunları və müəllimlərlə  silsilə  görüşlər keçirib.

Modern.az xəbər verir ki, Millət vəkili görüş iştirakçıları qarşısında çıxış edərək Respublika günü ilə bağlı tarixi faktlardan, bu müstəqilliyin möhkəmləndirilməsində ümummilli liderimiz  Heydər Əliyevin gördüyü işlərdən hərtərəfli və geniş danışıb. O, qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyəti elan edilmiş və 23 ay yaşamışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi onun dövlət rəmzləri bərpa olundu, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edildi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, separatçı meyllərin qarşısını qətiyyətlə alaraq Azərbaycanın üçrəngli bayrağının bütün bölgələrdə dalğalanmasını təmin etdi.

Bu gün ki, müstəqil Azərbaycanın memarı, yaradıcısı və qurucusu Heydər Əliyev olub.

O, qısa müddətdə ölkənin iqtisadı böhrandan çıxması və ərazilərin işgaldan azad olunması üçün ardıcıl işlər görürdü. Ölkəmiz MDB-yə üzv daxil oldu, atəşkəs rejmi elan edildi. 1994-cü ilin payızında ilk “əsrin müqaviləsi”, neft kontraktları bağlandı. Respublikamızda demokratik, açıq cəmiyyət, mətbuat azdlığı, QHT-ı ilə iş genişləndirildi və islahatlar aparıldı. Heydər Əliyev tərəfindən yaradılmış müasir və modern dövlət modeli möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla daha sistemli və müasir siyasi texnalogiyalarla  davam etdirilir.

İlham Əliyevin 2003-cü ildən başlanan prezidentlik fəaliyyətilə Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafında yeni nailiyyətlər əldə olundu, yeni mərhələ başlandı.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbul olunması sahəsində qeyri neft sektorunun inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması genis vüsat aldı. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətədə müsbət təsir göstərir. Millət vəkili qeyd edib ki, Avropa oyunlarının ölkəmizdə keçirilməsi möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanın dünyadakı böyük nüfuzunun göstəricisidir. İlk Avropa oyunları Azərbaycanın indiki intibahının  zirvəsidir. Gələcək uğurlar, prespektivlər 2017-ci ildə keçiriləcək İslam həmrəyliyi oyunlarının keçirilməsi üçün böyük bir yoldur və möhkəm təməldir.

Silsilə görüşlərdə iştirak edənlər yığıncaqları sual-cavablarla, fikir mübadilələri ilə bir azda zənginləşdirdilər. Canlı və qeyri rəsmi iclasda olanlar maraqlı söhbətlər və dialoqlar üçün yaradılan şəraitə görə Millət vəkilinə öz minnətdarlıqlarını bildirərək, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin qorunması naminə apardığı mübarizədə dövlət başçısı İlham Əliyevlə həmrəy olduqlarını ifadə edərək dövlət başçısının Respublikanın daxili və xarici siyasətində tutduğu xətdi  ürəkdən bəyəndiklərini bildiriblər.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular