Modern.az

Azərbaycanlı girovlara baş çəkdilər

Azərbaycanlı girovlara baş  çəkdilər

Təhsil

27 May 2015, 10:53


“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə girov düşən azərbaycanlılara baş çəkib”.

Bu haqda Modern.az saytına BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O qeyd edib ki, başçəkmə mayın 25-də baş tutub.  BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. 

Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun nəşi danışıqlardan sonra həmin oktyabr ayının 2-də Azərbaycana qaytarılıb və dəfn olunub.   

Girovluqda olan iki azərbaycanlıya qarşı “cinayət işi” açılıb. Dağlıq Qarabağdakı separatçı rejimin “birinci instansiya məhkəməsi” ötən ilin dekabrın 19-da keçirdiyi“proses"lə Dilqəm Əsgərovu ömürlük , Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular