Modern.az

Keniyalı hüquqşünas Obamanın 16 yaşlı qızına elçi düşdü: 50 inək, 70 qoyun...

Keniyalı hüquqşünas Obamanın 16 yaşlı qızına elçi düşdü: 50 inək, 70 qoyun...

27 May 2015, 11:00

 

Keniyadan olan hüquqşünas FeliksKiprono ABŞ prezidenti Barak Obamanın 16 yaşlı böyük qızı Maliya ilə evlənmək istədiyini bəyan edib.

Virtualaz.org “WashingtonTimes”a istinadən xəbər verir ki, o, ABŞ prezidentinin qızına görə başlıq kimi 50 inək, 70 qoyun və 30 keçi təklif edir.

Qeyd edək ki, Barak Obamanın atası da Keniyadandır, hazırda bu Afrika ölkəsində ABŞ prezidentinin nənəsi və digər qohumları yaşayır.

Kiprono Nayrobidə nəşr edilən qəzetlərdən birinə müsahibəsində deyib ki, çoxdandır Obamanın 16 yaşlı qızı Maliya ilə evlənməyi arzu edir.

“O, 2008-ci ildən bəri mənə maraqlıdır. Düzünü desəm, mən indiyə qədər heç kimlə görüşməmişəm, çünki ona sadiq qalmağa söz vermişəm”-keniyalı hüquqşünas bildirib.

Kiprono deyib ki, Obamanın qızı ilə evlənmək təklifini ABŞ prezidentinin Keniyaya bu ilin iyul ayında edəcəyi səfər zamanı çatdırmağa hazırlaşır.

“Hazırda mən Obamaya məktub hazırlayıram ki, gələndə Maliyanı da özü ilə götürsün”-o deyib.

Keniyalı deyir ki, onun ABŞ prezidentinin qızına olan sevgisi “həqiqidir” və məsələ Obamanın ailəsinin pulunda, dövlətində deyil.

“Mən Maliya ilə evlənməyə görə onun ailəsinə 70 qoyun, 50 inək və 30 keçi də verməyə hazıram”-Kiprono bildirib.

“Mən Maliyaya  inək sağmağa, qarğıdalı sıyığı hazırlamağı və kalenjin qəbiləsinin qadınlarının digər qabiliyyətlərini öyrədəcəyəm”-Obamanın potensial kürəkəni vəd edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular