Mayın 27-də Avropa Liqasının finalında ötən mövsümün çempionu olan İspaniyanın “Sevilya” futbol klubu Ukraynanın “Dnepr” komandası ilə qarşılaşacaq.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Vivors” bukmeker kontoru sevilyalıları favorit hesab edir.
Varşavada baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Oyunun baş hakimi ingiltərəli Martin Atkinsondur. Xatırladaq ki, bu ildən etibarən Avropa Liqasının qalibi olan komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.Modern.az