Dağlıq Qarabağdakı erməni işğalçı ordusunun baş zenit-atıcısı D.Arutyunyana qarşı Ermənistan baş hərbi istintaq idarəsinin ikinci qarnizon istintaq bölməsində araşdırılan iş üzrə ittiham irəli sürülüb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, o, hərbçi yoldaşı Arutyun Qəmbəryanın ölümündə təqsirkar bilinir.
İstintaq zamanı müəyyən olunub ki, D.Arutyunyan hərbi qulluqçulara qarşı nizamnamə qaydalarını pozaraq onların üzərində öz hegemonluğunu sürdürüb, A.Qəmbəryanı isə təhqir edib, ona qarşı hətta güc də işlədib. İstintaq onun təqsirini sübut etdiyindən barəsində həbs qətimkan tədbiri seçilib.
Modern.az