Modern.az

Milli Parkda atəşfəşanlıq olacaq

Milli Parkda atəşfəşanlıq olacaq

Təhsil

27 May 2015, 12:29

“28 May - Respublika Günü münasibəti ilə bayram şənlikləri keçiriləcək”. Bu haqda Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib:

“Bayram tədbiri mayın 28-də Milli Parkın ərazisində “Saat qülləsi”nin yanında təşkil ediləcək. İncəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq”.

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və paytaxtımızın qonaqlarını bayram şənliklərinə dəvət edir.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular