Dünya Futbol Federasiyası (FİFA) rəhbərliyi rüşvət qalmaqalı ilə üzləşib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, rüşvət qalmaqalı ilə bağlı həbs olunan vitse-prezidentlər Ceffri Uebb və Euxenio Fiqeredo ilə yanaşı, yüksək vəzifəli daha 7 FİFA məmuru həbs olunub. Onlar arasında Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Konfederasiyasının (KONKAKAF) eks-prezidenti Cek Uorner də var. Uorner bu yaxınlara qədər FİFA-nın vitse-prezidenti səlahiyyətlərini icra edib. Bundan başqa, Eduardo Li, Xulio Roça, Takkas, Rafael Eskuivel, Xose Mariya Marin və Nikolaya Leos kimi şəxslər də araşdırma çərçivəsində həbs olunub.
FİFA-nın idman marketinqini gerçəkləşdirən Alexandro Burzako, Aaron Devidson, Uqo Cinkins və Mariano Cinkins göz altına alınıb. FİFA adından vasitəçi kimi edən Xoes Marqulis də şübhəli şəxs qismində saxlanılıb.
Qərb mətbuatının fikrincə, FİFA rəhbərliyini başsız qoyan həbs dalğası 2022-ci il Dünya Çempionatına ev sahibliyinin Qətərə verilməsi ilə bağlıdır. Ehtimal olunur ki, Qətər rəsmləri ali futbol qurumunun məmurlarına səsvermə zamanı onların lehinə qərar vermələri üçün külli miqdarda rüşvət verib.
Vüqar İsmayılov