Modern.az

Vəkil Nizami Piriyevlə görüşüb: "Hər şey qaydasındadır"

Vəkil Nizami Piriyevlə görüşüb: "Hər şey qaydasındadır"

Təhsil

27 May 2015, 13:55


Vəkil Muxtar Mustafayev həbsdə olan iş adamı Nizami Piriyevlə görüşüb. Bu barədə M. Mustafayev bildirib.

“Mayın 26-da Nizami Piriyevə baş çəkdim və hər şey qaydasındadır”. 

Qeyd edək ki, Nizami Piriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.(Apa)

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular