Mayın 28-nə keçən gecə Avropa Liqasında 2014/2015 mövsümünün final oyunu keçirilib.
Modern.az-ın məlumatına görə, final matçında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gəlib.
Avropa Liqasının son qalibi olan Sevilya təmsilçisi titulunu qorumağa çalışacaqdı. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” isə tarixində ilk dəfəydi ki, final həyəcanı yaşayırdı.
Bakı vaxtı ilə saat 23:45-də başlayan final 94 dəqiqə davam etdi. Həlledici matçda 3:2 hesablı qələbə qazanan “Sevilya” ötən il olduğu kimi, yenə də Avropa Liqasının finalında qalib gəldi.
“Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) - 2:3
Qollar: Kaliniç, 7 (1:0), Kruçoviak, 28 (1:1), Bakka, 31 (1:2), Rotan, 44 (2:2), Bakka, 73 (2:3)
Baş hakim: Martin Atkinson (İngiltərə)