Modern.az

Deputat oğlunun həbs olunması barədə yayılan xəbərlərə aydınlıq GƏTİRDİ

Deputat oğlunun həbs olunması barədə yayılan xəbərlərə aydınlıq GƏTİRDİ

28 May 2015, 13:00


Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərinə  münasibət bildirib.

Modern.az xəbər verir ki, Lent.az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur: “ 7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.  

F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir: “Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular