FİFA-nın bir neçə məmurunun rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsi dünya mətbuatının əsas mövzularından birinə çevrilib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, FİFA prezidenti Yozef Blatterin İsveçrənin Sürix şəhərinə keçiriləcək tibbi konfransda çıxışı ləğv edilib. Bunun səbəbləri açıqlanmayıb.
Lakin ehtimal etmək olar ki, FİFA prezidenti məhz həbslər səbəbi ilə çıxış etməyəcək.
Çıxış bu günə planlaşdırılırdı.
Qeyd edək ki, ötən gün Sürixdə ABŞ-ın ittihamları ilə yeddi FİFA rəsmisi saxlanılıb.
ABŞ-ın Baş Prokuroru Loretta Lynch deyib ki, FİFA-nın yüksək rütbəli icraçı rəsmiləri Cənubi Afrikada 2010-cu il Dünya Çempionatının keçirilməsi üçün rüşvət qəbul ediblər.
ABŞ-ın Ədliyyə Nazirliyi də bəyan edib ki, FİFA-nın müxtəlif məmurları son 20 ildə 10 milyard dollar rüşvət alıblar.
Onu da bildirək ki, sabah FİFA-ya prezident seçkiləri keçiriləcək.
Modern.az