Volqaqraddan Murmanskya gedən qatarda 15 məhbus venalarını doğrayıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları kütləvi intihar cəhdinin səbəbini araşdırır.
Hadisədən sonra Murmanskdakı cəzaçəkmə müəssisəsinə aparılan məhbuslar Peterburqun Ladojski vağzalında düşürülüblər. Hadisə yerinə çağırılan həkimlər xəsarətlərin nə qədər ciddi olub-olmadığını müəyyənləşdirir.
Bundan sonra onların xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsi haqda qərar veriləcək.
Modern.az