Modern.az

Dünyanın ən yaşlı əkiz bacıları öldü

Dünyanın ən yaşlı əkiz bacıları öldü

28 May 2015, 21:31


Böyük Britaniyada dünyanın ən yaşlı əkizləri hesab olunan Florens Devis və Qlenis Tomas bacıları ölüblər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 103 yaşlı Devis və Tomas həyatdan bir-birindən bir ay fərqlə köçüblər.

Əkizlər 1911-ci ildə doğulmuşdular, iki dünya müharibəsinin, vətəndaş hüquqlarının, texnologiyanın və nəqliyyatın inkişafının şahidi olublar. Baçılar qonşuluqda yaşayırdılar və heç vaxt Cənubi Uelsdəki Abertridur kəndini tərk etməmişdilər.

Devis və Tomas bir-birinə evlərinin mətbəxindən açılan qapıdan keçərək qonaq gedərdilər. Tomas aprelin 23-də, Devis isə mayın 20-də vəfat edib. “Onlar sadən həyat sürüblər, heç vaxt xaricə getməyiblər, özlərini bir yerdə həmişə xoşbəxt hesab ediblər”, - Tomasın 65 yaşlı qızı Qvenda Steysi deyib.

Tomasın bir qızı, 3 nəvəsi, 9 nəticəsi və bir kötüxəsi, Devisin isə 3 uşağı, 9 nəvəsi, 12 nəticəsi var. Hər iki bacı ərləri ilə yaşayıblar.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular