Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramının üzvləri üçün xüsusi mobil applikasiya təqdim edib. Bu pulsuz proqram sayəsində Bakcell abunəçiləri 120-dən çox Ulduzum partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən daha asan yolla faydalana biləcəklər.
Ulduzum abunəçiləri mobil applikasiyanı telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan Ulduzum tərəfdaşı haqqında məlumat ala, Ulduzum endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və digər yeniliklər barədə ətraflı məlumatı əldə edə bilərlər. Android əməliyyat sistemli mobil cihazlara Ulduzum apllikasiyasını //goo.gl/pOci5l , IOS əməliyyat sistemlil cihazlara //goo.gl/KZKuta linkindən yükləmək olar.