İyunun 1-i saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən I Avropa Oyunları və ictimai davranış qaydalarına aid QHT layihələrinin icra vəziyyəti müzakirə olunacaq.
Modern.az xəbər verir ki, toplantıda məqsəd I Avropa Oyunlarına ictimai dəstəyin, eyni zamanda layihələrin koordinasiyasının, media ilə əlaqələrin qurulmasının, effektiv idarəçiliyin təmin olunmasıdır.
Modern.az