Ukraynanın Odessa şəhərində din xadimlərinin iştirak etdiyi qalmaqallı hadisə baş verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli pravoslav yeparxiyasının üzvü öz ad gününü 10 fahişə ilə birgə qeyd edərkən polis tərəfindən yaxalanıb. Polis fahişələrlə yanaşı, ad günü məclisində üzərində “Donetsk Xalq Respublikası”nın gerbi təsvir olunan tort və içi partonla dolu tapança aşkar ediblər.
Odessa polisi ad gününü qeyd edən keşişlə yanaşı, başqa din xadimlərinin və ruhani seminariyasında təhsil alan tələbələrin də məclisdə yaxalandığını bildirib.Modern.az