Modern.az

Araz Əlizadə Ermənistana gedir? – AÇIQLAMA

Araz Əlizadə Ermənistana gedir? – AÇIQLAMA

29 May 2015, 17:26


“Sosialist İnternasionalının  bu il nəzərdə tutulan iclasında iştirak etməyəcəm”. Bunu Modern.az saytına Sosialist İnternasionalının  (Sosintern) üzvü olan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O bildirib ki, buna səbəb iclasın Yerevanda keçirilməsidir:

“İyunun 7-8-də Sosinternin Şərqi Avropa, MDB məkanı və Qara dəniz hövzəsi, Cənubi Qafqaz Komitəsinin  iclası Yerevanda olacaq. Mən demişəm ki, işğal olunmuş Azərbaycan torpaqlar azad olunmayınca ayağım Ermənistana dəyməyəcək”

Araz Əlizadə iclasda müzakirə olunacaq məsələlər barədə də məlumat verib:  Regiondakı problemlər, İran, xüsusilə Cənubi Qafqaz diqqət mərkəzində olacaq. Bununla yanaşı, cari məsələlər müzakirə olunacaq”.

Yeganə OQTAYQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular