Modern.az

“Çölçü” filmi növbəti mükafatını qazanıb

“Çölçü” filmi növbəti mükafatını qazanıb

29 May 2015, 18:05


Azərbaycan kinosunun son illərdə çəkilən ən uğurlu nümunələrindən biri olan “Çölçü” filmi beynəlxalq festivalın xarici filmlər bölməsinin qalibi olub.

Bu haqda Modern.az saytına filmin quruluşçu rejissoru Şamil Əliyev məlumat verib. Onun sözlərinə görə, “Çölçü” filmi “Golden  World Awards” mükafatına layiq görülüb. Mükafat iyunun 19-da təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.  

Elmin NURİ    

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular