Modern.az

Deputat Prezidentin oxuduğu məktəbdə “Son zəng”i izlədi - FOTO

Deputat Prezidentin oxuduğu məktəbdə “Son zəng”i izlədi - FOTO

29 May 2015, 19:29


Bu gün Milli Məclisin Sosial  Siyasət  komitəsinin  sədri  Hadi Rəcəbli Səbayel  rayon  6 nömrəli orta məktəbdə  məzunlar  üçün  hazırlanmış  “Son zəng” tədbirində iştirak edib. 
Modern.az-ın məlumatına görə, millət  vəkili  bu  toplantıya  qatılmasından  həddindən artıq məmnun olduğunu  bildirirərək, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin də  vaxtilə bu  məktəbin məzunu olduğunu qürurla  dilə  gətirib. Qeyd  edib ki, Prezidentin xüsusi  fərqlənmə və əla  təhsil  göstəriciləri ilə  bitirdiyi  bu məktəbin böyük ənənələri  var  və hər bir  Azərbaycan  vətəndaşına bu təhsil ocağı əzizdir.

Millət  vəkili  cıxışında  bildirib: “Bu gün ölkəmizin bütün guşələrində “Son zəng” səslənir, şagirdlər, müəllimlər, valideyinlər bu günü xüsusi sevinc hissi ilə qeyd edirlər.  Ölkəmizin 4500-dən artıq  ibtidai, natamam, orta təhsil müəssisəsi bayram əhval-ruhiyyəsindədir. 
90557  məzun  həyata  vəsiqə alır.  Ənənəvi olaraq bu “Son zəng”  mərasimlərində yeniyetmələr məktəbə vida deyirlər, onların bir qismi təhsilini davam etdirəcək, bir qismi ordu sıralarına hazırlaşacaq, digər qismi isə istehsalata yönələcək. Azərbaycanda hər bir gənc üçün bu sahələrdə fəaliyyət  göstərmələri, uğur  qazanmaları üçün kifayət  qədər  imkanlar var. Hər il minlərlə Azərbaycan övladı xarici ölkələrdə təhsil alır, dünyanın tanınmış təhsil  müəssisələrində elmi potensiallarını artırır, Vətənimiz üçün yüksək ixtisaslı mütəxəssis kimi yetişirlər.  Ölkəmizin ali məktəbləribndə də çoxsaylı xarici  tələbələr təhsil alır. Bunun üçün Azərbaycanda da kifayət  qədət baza yaradılıb.  Biz artıq bir ölkə olaraq dünyaya həyatın bütün sahələrindfə  örnək ola bilərik. Bu gün Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları buna bariz  nümunədir”.

Millət vəkili bugünkü məzunlar sırasında olan, məktəbi olduqca  yaxşı təhsil nümunələri ilə bitirən nəvəsi  Nihad Əlizadəni də təbrik etməyi unutmayıb, bir baba olaraq  ona  gələcək təhsilində və  fəaliyyətində uğurlar  arzulayıb.

Komitə  sədri  sonda məzularla  xatirə şəkili çəkdirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular