Modern.az

Moskvada polisə rüşvət verən azərbaycanlı saxlanıldı

Moskvada polisə rüşvət verən azərbaycanlı saxlanıldı

29 May 2015, 22:08



Moskva ətrafında quldurluq törətməkdə şübhəli bilinən 35 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, adı hələ ki açıqlanmayan azərbaycanlı polis bölməsində cinayət məsuliyyətinə cəlb edilməməsi üçün qanun keşikçilərinə 600 min rubl rüşvət təklif edib. Polis əməkdaşları bu haqda rəhbərliyə məruzə ediblər və Azərbaycan vətəndaşı polisə 500 rubl verərkən yaxalanıb.

Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 291.4-cü (vəzifəli şəxsə külli miqdarda rüşəvt təklif etmə) maddəsi ilə cinayət işi qaldırılıb. Onun təqsiri sübut olunarsa 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular