Modern.az

Blatter yenidən FİFA-ya prezident seçildi

Blatter yenidən FİFA-ya prezident seçildi

29 May 2015, 22:41


Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna Sürixdə keçirilən seçkilərin ilk turunda namizədlərdən heç biri lazım olan qədər səs toplaya bilməyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, FİFA-nın 209 üzvünə 206 bülleten verilib.

FİFA-nın hazırkı prezidenti Yozef Blatterə 133 ölkə səs verib, onun yeganə alternativi olan İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn isə 73 ölkənin səsini qazanıb. FİFA-nın nizamnaməsinə görə ilk mərhələdə namizəd səslərin üçdə ikisini əldə etməlidir. Bu səbəbdən səsvermənin ikinci turu keçirilməliydi.
Lakin İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn ikinci turdan imtina edərək, geri çəklidiyini bəyan edib. Bu səbəbdən də
Yozef Blatter yenidən FİFA prezidenti seçilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular