ABŞ Kubanı terrorçuluğu dəstəkləyən ölkələrin siyahısından çıxarıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu qərarı mayın 29-da Dövlət Departamenti verib.
“ABŞ-ın Kuba siyasəti ilə bağlı ciddi ehtiyatlılığı və çoxsaylı məsələlərlə bağlı fikir ayrılığı olmasına baxmayaraq, Havana terrorizmi dəstəkləyənlərin siyahısından çıxarıla bilər”, - Dövlət Departamentinin bəyanatında qeyd edilir.
İnformasiya agentlikləri qeyd edirlər ki, bu addım simvolik xarakter daşıyır. Bu addımın Vaşinqtonla Havana arasında diplomatik əlaqələrin normallaşması prosesinə xidmət edə biləcəyi də istisna deyil.
Modern.az