Modern.az

Cəmil Həsənli ikinci dünya müharibəsi haqda kitab yazıb

Cəmil Həsənli ikinci dünya müharibəsi haqda kitab yazıb

Təhsil

30 May 2015, 10:25


Milli Şuranın sədri, professor Cəmil Həsənli Modern.az saytına hazırkı elmi fəaliyyətindən danışıb. Qeyd edək ki, tarixçi alim Cəmil Həsənli uzun müddət Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışıb. Hazırda sərbəst elmi fəaliyyətlə məşğul olan alimin sonuncu kitabı ötən həftə çapdan çıxıb:  

“Ötən həftə çapdan çıxan kitabım “İkinci Dünya Müharibəsində Azərbaycan siyasi və diplomatik münasibətlərdə:1939-45-ci illər” adlanır. Bildiyimiz kimi, II  Dünya Müharibəsinin başa çatmasının 70 illiyi qeyd olundu. Mən də o münasibətlə kitabı tamamladım. Üç il idi bu mövzuda araşdırmalar aparırdım.

Nəhayət, ötən həftə çapdan çıxdı və mənim bildiyim qədər nəşriyyat artıq kitab satış məntəqələrinə də verib. İnternet vasitəsilə də təbliğatı aparılır. Başqa bir monoqrafiyam ABŞ-ın UTA universitetinin nəşriyyatında qəbul edilib. Monoqrafiyanın adı “Kiçik dövlətlər böyük oyunda: Cənubi Qafqaz Rusiya, Türkiyə, İran arasında” adlanır. Bu ilin sonunda çıxma ehtimalı var. Daha bir araşdırmam Şərqi Türküstanda baş vermiş tarixi  proseslər barəsindədir. Araşdırma 1931-49-cu illəri əhatə edir. Hazırda Moskvada nəşriyyatdadır. Bu ilin yayında çap oluna bilər.

Bu əsərin ABŞ-ın Harvard Universitetində, Şanxayda Çin dilində də çapı planlaşdırılır”.

Tarixçi alim həm də son aylar iştirak etdiyi elmi konfranslardan danışıb:  

“Xaricdə keçirilən elmi konfranslara tez-tez dəvət olunuram. Təkcə aprel-may aylarında Türkiyədə 4 elmi konfransda oldum. Ondan əvvəl Almaniya, Fransa və Çində konfranslarda olmuşam. Bəzən konfransların gedişində tələbələrə mühazirələr də oxumuşam. Bir neçə ay bundan əvvəl ABŞ-da Vilson mərkəzində oldum.

Onu da deyim ki, elə həmin ərəfədə Harvard Universiteti mənim başqa bir araşdırma monoqrafiyamı çap etdi. Monoqrafiya “Xruşşov mülayimləşməsi və Sovet Azərbaycanında milli özünüdərk:1954-59-cu illər” adlanır. Bir sözlə, elmi fəaliyyətim öz qaydasındadır. Heç bir problem yoxdur”.  

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular