Modern.az

Novruz Məmmədovdan FIFA-da baş verənlərə REAKSİYA

Novruz Məmmədovdan FIFA-da baş verənlərə REAKSİYA

Təhsil

30 May 2015, 11:13

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FIFA-da baş verən hadisələrə və təşkilatda keçirilən prezident seçkilərinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Novruz Məmmədov bu barədə  özünün  twitter səhifəsində yazıb:

"Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur. Gizli səsvermə olduğu üçün, görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi".

Qeyd edək ki, ötən gün Yozef Blatter növbəti dəfə FIFA-nın prezidenti seçilib. Bundan əvvəl isə FIFA-nın bir neçə məmuru korrupsiya və rüşvət ittihamı ilə həbs edilib.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular