Modern.az

“AMİP-in bəyanatı sədrin əleyhinə deyil” - Baş katib

“AMİP-in bəyanatı sədrin əleyhinə deyil” - Baş katib

Təhsil

30 May 2015, 12:17


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin Milli Şuranın keçirəcəyi mitinqlə bağlı dediyi fikirlər təhrif olunub.

Modern.az saytına açıqlama verən AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib ki, partiyanın dünən yaydığı bəyanat sədrin fikirlərinə qarşı deyil:

“Partiyanın yaydığı bəyanat Yusif bəyə qarşı deyil. Dünən Yusif bəyin açıqlamasından sonra onunla bəzi məsələləri dəqiqləşdirdik. O bildirdi ki, APA-ya verdiyi açıqlamada müəyyən fikirlər təhrif olunub. Yusif bəy yazıya düzəliş olunması üçün APA-ya müraciət etdi. Amma düzəliş olunmadı. Biz də yanlışlıq olmasın deyə AMİP-in bəyanatını yaydıq. Yəni bütöv bir mövqeyi ortaya qoyduq. Bəyanatda təkcə Milli Şuranın mitinqindən söhbət getmir. Ümumilikdə, sərbəst toplaşmaq haqda partiyanın mövqeyi açıqlanıb”.

AMİP-in bəyanatı belədir:

“Bir sıra İnformasiya Agentliklərində Milli Şuranın 30 may tarixli mitinqi ilə əlaqədar AMİP sədri Yusif Bağırzadənin adından yayılan açıqlamaya münasibət bildirərək bəyan edirik ki, bu fikirlər AMİP-in mövqeyini əks etdirmir.
AMİP sərbəst toplaşmaq azadlığını fundamental insan hüquqlarının tərkib hissəsi kimi görür, hər bir fərdin və təşkilatın sərbəst toplaşmaq hüququnun Konstitusiya ilə təsbit olunmuş müddəa olduğunu bəyan edir. Bu konteksdə Milli Şuranın 30 may tarixli mitinqinə yer ayrılması barədə qərar BŞİH-in müstəsna hüququdur və müzakirə mövzusu hesab olunmur”.

AMİP-in sədri Yusif Bağırzadə APA-ya açıqlamasında Milli Şuranın rəsmi qeydiyyatdan keçmədiyi halda Bakı Şəhər İcra Hakimiyyətinin onlara mitinq keçirməyə icazə verməsinə qarşı çıxıb. O bildirib ki, Milli Şura yaranan gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur. Bu səbəbdən AMİP şuranın mayın 30-da keçirəcəyi mitinqdə iştirak etməyəcək.

Sevinc Yasinqızı

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular