Modern.az

ABŞ səfirliyi AÇIQLAMA yaydı: “Biz Azərbaycanda heç bir partiyanı təlimatlandırmırıq”

ABŞ səfirliyi AÇIQLAMA yaydı: “Biz Azərbaycanda heç bir partiyanı təlimatlandırmırıq”

Təhsil

30 May 2015, 13:04

ABŞ-ın Azərbaycandakl səfiri Sekuta mayın 26-sı Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən öncə səfir Sekuta Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov da daxil olmaqla hakim partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi və həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşlər keçirərək onların fikirlərini dinləyib.

ABŞ-ın Azərbaycandakı səfriliyindən Modern.az-a verilən açıqlamada bildirilib ki, bu kimi görüşlər səfir Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir.

“ABŞ səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır nə də partiyaları maliyyələşdirir”,-deyə açıqlamada vurğulanıb.   

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular