İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Səudiyyə Ərəbistanındakı qanadının rəhbəri tərəfdaşlarını Ərəbistan yarımadasındakı bütün şiələri məhv etmək əmri verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, video müraciətində bəyan edib ki, şiələr kafirlər və dönüklərdir, onların qanını axıdıb pullarını əllərindən almaq lazımdır.
Mənbələrdən birinin məlumatına görə, Ərəbistan yarımadasında yaşayan 77 milyon müsəlmanın 10 milyondan bir qədər azı şiə məzhəblidir. Onların əksəriyyəti Yəməndə yaşayır.
Modern.az