Merilend ştatının keçmiş qubernatoru – demokrat Martin O'Мelli ABŞ-da 2016-cı ilin payızında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, O'Мell bunu siyasi karyerasına başladığı Merilendin Baltimor şəhərindəki tərəfdarları qarşısında çıxışında bəyan edib. Beləliklə, o, hazırda keçmiş birinci ledi, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintona Demokratlar Partiyasından namizəd olacaq üçüncü şəxsdir. Klintondan əlavə, bu partiyadan prezidentliyə namizədliyini müstəqil senator Berni Sanders də açıqlayıb.
O'Мellin 52 yaşı var. O 1999-2007-ci illərdə Baltimorun meri olub, 2007-2015-ci illərdə Merilend ştatının qubernatoru işləyib. Əlbəttə, onu populyarlığına görə Klintonla müqayisə etmək olmaz.
Modern.az