Moskvanın Çertanovski məhkəməsi polis əməkdaşı Andrey Bannovu öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Nemət Rəşidov barəsində həbs qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, müstəntiqin vəsatətini təmin edən məhkəmə Nemət Rəşidovun iyulun 27-nə qədər həbsdə saxlanılmasını rəsmiləşdirib.
25 yaşlı Azərbaycan vətəndaşı Bannovun öldürülməsindən iki sutka sonra saxlanılıb. Müstəntiqlər hesab edirlər ki, məhz Rəşidov bıçaqla kiçiç serjantın ölümünə səbəb olan üç zərbəni vurub.
Rəşidov bundan bir saat əvvəl Moskvadakı yaşayış evlərindən birinin ödəmə terminalını oğurlamaq cinayətinin iştirakçılarından biri olub. Bannov həmin cinayətə görə Rəşidovu saxlamağa cəhd edərkən öldürülüb.
Modern.az