Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ədəbi yaradıcılığı ilə bağlı açıqlama verib. Modern.az saytının xəbərinə görə, özünün sosial şəbəkəsindəki səhifəsində L.Əliyeva bu haqda yazıb:
"Mənim şeirlərim çoxdur, sadəcə olaraq, daha onları çap etdirmirəm. Əlbəttə, kitab nəşr etmək ideyası var, lakin yəqin ki, bu, gələcəkdə olacaq. Şeir yazmaq da rəssamlıq kimidir, bir il yazmamaq, sonra isə bütöv həftəni yazmaq olar".
Qeyd edək ki, Leyla Əliyeva poeziya və rəssamlıq sahəsində istedadını artıq çoxdan sübut edib. Onun çoxlu şeirləri və rəsm əsərləri dəfələrlə geniş ictimaiyyətə təqdim edilib.
Leyla Əliyevanın şeirləri Modern.az saytında mütəmadi olaraq dərc edilir.
Modern.az