Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pay-off mərhələsi çərçivəsində səfərdə keçirdiyi cavab oyununda Slovakiya yığması ilə qarşılaşıb və rəqibinə 0:3 (26:24; 25:19; 25:18) hesabı ilə məğlub olub.
Bakıda keçirilən ilk görüşdə Azərbaycan komandası Slovakiya yığmasına 3:0 hesabı ilə qalib gəldiyi üçün “qızıl set”ə ehtiyac duyulub.
“Qızıl set”də rəqibindən 15:6 üstün olan komandamız Avropa çempionatının finalına yüksəlib.
Modern.az