ABŞ-ın dövlət katibi Cin Kerri Cenevredə ayağı sındığına görə xəstəxanaya yerləşdirilib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin bu haqda yaydığı bəyanatda qeyd edilib ki, insident velospedlə gəzinti zamanı qeydə alınıb. Hadisənin Fransanın Yuxarı Savoyya departamentinin İsveçrə ilə sərhədindəki dağlıq rayonlardan birində bu gün səhər baş verdiyi bildirilib.
Amerikalı diplomatlardan birinin bəyan etdiyinə görə, dövlət katibinin ayağı sınıb. Bununla belə, Kerrinin vəziyyətinin yaxşı olduğu, naratatlığa heç bir əsas olmadığı qeyd edilir.
Modern.az