Modern.az

I Avropa Oyunlarının məşəli Sumqayıta gətirildi

I Avropa Oyunlarının məşəli Sumqayıta gətirildi

31 May 2015, 17:41

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Azərbaycanı qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.

I Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılanıb. Şəhərin mərkəzindəki Heydər Əliyevin abidəsi önündə məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılıb və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.

Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salınıb.













Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular