Modern.az

Zakir Həsənov Qırğızıstana gedib

Zakir Həsənov Qırğızıstana gedib

31 May 2015, 19:05



Mayın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələr arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər iyunun 2-dək davam edəcək.

Modern.az

 


 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular