Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident Sarayı ilə bağlı ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun ittihamlarını sərt tonda cavablanıdırıb.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər CHP-nin başında dayanan şəxs dürüst və namusludursa, iddialarını sübut etməlidir.
“Çox açıq şəkildə ilk dəfədir ki, söyləyirəm. Əgər ana müxalifətin başındakı şəxs dürüst və namusludursa, onun Prezident Sarayına gəlməsi üçün elə bu axşam katibəmə təlimat verim. Gəlsin, Prezident Sarayını gəzsin, əgər burada əlüzyuyanda və ya tualetdə qızıldan işləmə bir şey tapmasa vəzifəsindən istefa verəcəkmi? Əgər tapsa, mən prezident postumdan istefaya gecəcəyəm”,-deyə bildirib.Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu zaman-zaman Prezident Sarayının hamam-tualetində qızıldan əşyaların olduğunu iddia edib.
Aqşin Kərimov