Modern.az

1 iyun uşaqların bayramıdır - Azərbaycan uşaqları haqda STATİSTİKA

1 iyun uşaqların bayramıdır - Azərbaycan uşaqları haqda STATİSTİKA

1 İyun 2015, 09:49


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Modern.az-ın məlumatına görə, artıq 65 ildir bu tarix dünyada qeyd olunur. İyunun 1-i uşaqların müdafiəsinə həsr etmək haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 2 milyon 50 mindən çox uşaq var. Uşaqlardan 1 milyon 90 mindən çoxu oğlan, 960 mindən çoxu isə qızdır. Qeyd edək ki, bu uşaqların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. Bundan başqa, ölkəmizdə elə uşaqlar var ki, onların bəziləri hər iki valideynlərini itiriblər. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular