Modern.az

Deputat uşaqlar üçün kitab bayramı keçirib - FOTO

Deputat uşaqlar üçün kitab bayramı keçirib - FOTO

1 İyun 2015, 10:25


Millət vəkili Qənirə Paşayeva 1 İyun Uşaq Günü ilə bağlı Qovlarda uşaqlar üçün kitab bayramı keçirib.  Modern.az xəbər verir ki, Tovuzda M.Məmmədov adına Qovlar şəhər orta məktəbində millət vəkili uşaqları 1 İyun Uşaq günü ilə bağlı təbrik edib və çoxlu sayda məktəblinin hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif  maraqlı kitab və jurnalları da hədiyyə edib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Tovuz məktəblərinin kitabxanasına təkcə özünün müəllifi olduğu kitabları deyil, çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə etməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba,elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edibvə sualları cavablandırıb.Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb.

Millət vəkili görüş zamanı təhsilində fərqlənən və elm dalınca getmək niyyətində olan gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib.

"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,", - millət vəkili Qənirə Paşayeva deyib.

Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsini əhəmiyyətini vurğulayıblar.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular