Modern.az

Litvada Azərbaycan gənclər siyasətindən danışılıb

Litvada Azərbaycan gənclər siyasətindən danışılıb

1 İyun 2015, 11:17


Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının Baş Katibi Aytən Əliyeva  Litvada keçiriən Beynelxalq seminarda iştirak edir. Modern.az xəbər verir ki, seminarda 1-ci və 2-ci Şərq Tərəfdaşlığı Gənclər Forumlarının nəticələri, Şərq Tərəfdaşlığı ölkələrinin milli gənclər siyasəti, gənclərlə bağlı həyata keçirilən uğurlu layihələr və problemlər müzakirə olunub.

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının Baş Katibi seminarda çıxış edərək Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti barədə məlumat verib. Azərbaycanda Gənclər siyasəti haqqında 1-ci Qlobal Forumun keçirilməsi, Gənclər Fondunun yaradılması, milli gənclər siyasətinin hazırlanması və Gənclər təşkilatlarını haqqında məlumat verən A. Əliyeva  bütün bunların Azərbaycan gənclərinin inkişafına yönəldiyini diqqətə çatdırıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular