“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi avtomobil dayanacaqları ilə bağlı ümumi vəziyyətin təhlili və problemin həlli yollarına həsr olumuş rəy hazırlayıb. Rəydə qeyd olunan sahə ilə əlqaqəli xarici ölkə təcrübəsi öyrənilmiş, real vəziyyət təhlil edilib. Bununla yanaşı, rəydə avtomobil dayanacaqları ilə baglı qanunvericilik bazası da ekspertiza edilib, həmçinin mövcud problemin aradan qaldırılması yolları da göstərilib.
İctimai Birliyin hazırladığı rəyə MDB təcrübəsi əsasında hazırlanmış “Avtomobil dayanacaqları ilə bağlı ” Əsasnamə layihəsi də əlavə edilib. Hazırda layihə ekspertlərin müzakirəsindən sonra müvafiq dövlət və icra orqanlarına təqdim ediləcək. Qeyd edilməlidir ki, rəyin hazırlanmasında əsas məqsəd bələdiyyə sisteminin qarşılaşdığı problemlərı təhlil etməklə, onu ictimai müzakirəyə çıxarmaq və problemin həllinə nail olmaqdır.Xatırladaq ki, ölkə bələdiyyələrin orta aylıq büdcə gəliri 2010-cu ildə 35 % azalaraq orta hesabla 500 manata enib. Bunula baglı rəydə göstərilir ki, 2006-cı illə Baki bələdiyyələri avtomobil dayanacaqlarından 315.400 manat vəsait topladığı halda, bu rəqəm 2009-cu ildə 44.700 manat olub. Sənəddə üç il ərzində bu istiqamətdən daxil olan ödənişlərin həcminin azalmasının əsas səbəbi kimi mərkəzi və yerli icra strukturlarının adıçəkilən sahəyə “maraq göstərməsi” ilə əlaqələndirilir.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçib. İctimai birliyin əsas məqsədi Azərbacan bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.
Modern.az