Bunu Modern.az saytına Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, Eldar Namazovla siyasi müstəvidə, sadəcə olaraq yolları haçalanıb: “Amma bu o demək deyil ki, mənim onunla münasibətim pis olmalıdır. Münasibətlərimiz normaldır. Son zamanlar Eldar Namazovla görüşmürəm. Çünki həm mənim başım qarışıqdır, həm də o ölkədə olmayıb”.
2013-cü ilin mart ayında Eldar Namazovun rəhbərliyi ilə “El” Hərəkatı yaradılıb. Eldəniz Quliyev həmin təşkilatın Ali Məclisinin sədri olub.
Sonradan hər iki şəxs Milli Şurada təmsil olunsalar da, 2013-cü il prezident seçkilərindən sonra Eldar Namazov bu qurumdan istefa verib.
Hazırda “El” Hərəkatı demək olar ki, fəaliyyət göstərmir.
Yeganə OQTAYQIZI