Modern.az

“Avropa Oyunları zamanı bulvarda qiymətlərə ciddi nəzarət edəcəyik”

“Avropa Oyunları zamanı bulvarda qiymətlərə ciddi nəzarət edəcəyik”

1 İyun 2015, 12:21

“Avropa Oyunlarına gələnlər bulvarda səhərə qədər əylənə biləcəklər”


“1-ci Avropa Oyunları ərəfəsində, eləcə də yarışlar başlayandan bitənədək  Bulvar İdarəsi gücləndirilmiş iş rejimində işləyəcək”.

Bu haqda Modern.az saytına Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, Milli Parkda fəaliyyət göstərən kafe və restoranlar üç növbədə çalışacaq: “Ölkəmizə gələn xarici qonaqların rahatlığını təmin etmək məqsədilə xidmət sahələri 20 saata yaxın açıq olacaq. Ola bilər ki, hansısa ölkə nümayəndəsi qazandığı qələbəni qeyd etmək məqsədilə parka gələ bilər. Onlara hər cür şərait yaradılacaq ki, səhərə qədər çay içib, yemək yeyib, əylənə bilsinlər. Kafe və restoranlar arada 2-3 saatlıq təmizlik məqsədilə bağlanacaq”.

“Bulvarda istər xidmət, istərsə də satış qiymətləri digər ərazilərdəkindən fərqlidir. Yarış günlərində qiymətlər necə tənzimlənəcək” sualına cavab olaraq Nazim Məcidov deyib ki, bu məsələ hər zaman diqqətdə saxlanılır: “Bulvar İdarəsi olaraq qiymət məsələsinə hər zaman nəzarət edirik. Oyunlar ərəfəsində də süni qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət mexanizmi tətbiq edəcəyik. Sakinlərdən də xahiş edirik ki, belə neqativ hallarla rastlaşdıqları zaman bizi məlumatlandırsınlar. Sakinlərlə bir yerdə həmin məsələlərə qarşı daha yaxşı mübarizə apara bilərik”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular