Modern.az

Partiya sədrləri Avropa Oyunlarının açılışına gedəcəklərmi? - “Dəvət gözləyirəm”

Partiya sədrləri Avropa Oyunlarının açılışına gedəcəklərmi? - “Dəvət gözləyirəm”

1 İyun 2015, 14:01

İyunun 12-dək 28-dək Bakıda I Avropa Oyunların keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. I Avropa Oyunların möhtəşəm açılışı iyunun 12-də keçiriləcək.

Partiya sədrləri oyunların açılışında iştirak edəcəkmi?

Modern.az saytı bu sualla partiya sədrlərinə müraciət edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov:

“Oyunların açılışında iştirak etməyəcəyəm. Çünki həmin vaxt Bakıda olmayacağam”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Hələ ki oyunların açılışına dəvət almamışam. Əgər dəvət edilsəm, iştirak edəcəyəm. Özüm də bilet almamışam, belə fikrim də yoxdur. Ona görə də oyunların açılışını televiziyadan izləyəcəyəm”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Açılışda iştirak etməyəcəyəm. Çünki nə dəvət edilmişəm, nə də özüm bilet almışam”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan:

“Açılışda nə mən , nə də Lalə xanım iştirak edəcəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“İştirak etmək üçün nə bilet almışam, nə də dəvət edilmişəm. Dəvət gələcəyini də gözləmirəm. Özüm də bilet almayacağam”.

Sevinc YASİNQIZI  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular