Modern.az

Eks-deputatdan oğlunun mühacirətə getməsi xəbərinə REAKSİYA: “O, xaricdə müalicə alır”

Eks-deputatdan oğlunun mühacirətə getməsi xəbərinə REAKSİYA: “O, xaricdə müalicə alır”

Ölkə

1 İyun 2015, 14:06

“Anarın Çexiyada siyasi sığınacaq almaq istəməsi haqqında informasiya doğru deyil”. Bunu Modern.az saytına açıqlamasında tanınmış rep ifaçısı Anar Nağılbazın atası, sabiq millət vəkili Rizvan Cəbiyev deyib. O qeyd edib ki, Anar Nağılbaz müalicə almaq üçün ölkədən gedib.

“Anarın qaraciyəri, öd kissəsi pis vəziyyətdədir. Ona görə Anar xaricdə ciddi şəkildə müalicə alır. Onun ölkəni tərk edib, başqa yerdə siyasi sığınacaq almaq istəməsi informasiyası ağ yalandır”.

Sabiq millət vəkili oğlunun harada müalicə aldığını isə deməyib.

“Biz onu narahat etmirik. Ona görə Anarın harada müalicə aldığını demirik. Ümumiyyətlə, Anar bu qədər müddət işsiz qaldı, onun nə yeyib, nə içdiyi haqqında maraqlanmırdılar. İndi isə belə məlumat yazırlar”.

Qeyd edək ki, bu gün bəzi internet KİV-lər Anar Nağılbazın Çexiyada siyasi sığınacaq almaq istədiyi, hazırda isə  qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu haqqında xəbər yayıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi