Modern.az

“İrad tutub ki, sən niyə ölkə başçısı ilə şəkil çəkdirmisən”

“İrad tutub ki, sən niyə ölkə başçısı ilə şəkil çəkdirmisən”

1 İyun 2015, 15:09

 

“Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi A. Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb”.

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov özünün twitter səhifəsində yazıb.  

O bildirib: “Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Denil Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi onun gələcək karyerası çox uğurlu olardı”.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular