Modern.az

Azərbaycanda çimərlik mövsümü açıldı

Azərbaycanda çimərlik mövsümü açıldı

1 İyun 2015, 15:33


1 iyun 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Buzovna xilasetmə məntəqəsində 2015-ci il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar tədbir keçirilib.

Modern.az saytı xəbər verir ki, tədbirdə 2015-ci il yay çimərlik mövsümündə sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib, çimərliklərdə həm Azərbaycan, həm də ingilis dilində xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb.

Eyni zamanda, vətəndaşlarla aparılan təbliğat, maarifləndirmə işləri ilə bağlı məlumat verilib. Təhlükəsizlik üçün xilasetmə texnika və avadanlıqlarının, dalğıcların olduğu rəsmi çimərliklərdən istifadə edilməsi tövsiyə olunub.

Bildirlib ki, ardıcıl olaraq həyata keçirilən tədbirlərin nəticəsində son dörd ildə FHN-nin xilasedicilərinin fəaliyyət göstərdiyi rəsmi çimərliklərdə suda boğulma hadisəsi qeydə alınmayıb.

Həmçinin çimərlik mövsümündə suda boğulma hallarının qeyri-çimərlik ərazilərində baş verdiyini nəzərə alaraq, vətəndaşların bu ərazilərdə istirahət etməmələri tövsiyə olunur. Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk tibbi yardımın göstərilməsi bacarıqlarını nümayiş etdirib.  

 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular