Modern.az xəbər verir ki, tanınmış tədqiqatçı alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” nəşr edilib.
Qeyd edək ki, ensiklopediya bundan əvvəl Bakıda və Moskvada da Azərbaycan və rus dillərində nəşr edilmişdi.
”Azərbaycan Kültür Dərnəyi” Yayınları olaraq (Yayın sayısı-59) bu kitab Ankaradakı “Nərgiz” mətbəəsində çap edilib. Kitabı Türkiyə türkçəsinə Tuncər Kirhan, Nəsrin Ünal və Səlcuq Önal çeviriblər. 2 minə yaxın tirajla nəşr edilən bu kitabın Ankaradakı “Sürməli” otelin böyük zalında təqdimatı keçirilib.
Giriş sözü olaraq “Azərbaycan Kültür Dərnəyi”nin başqanı Cəmil Ünal çıxış edib, ensiklopediyanın əhəmiyyətindən və Türkiyə mühiti üçün önəmli məqamlarından danışıb.
Sonra çıxış edən müəllif N.Yaqublu ensiklopediyanın nəşrinə verdiyi dəstəyə görə “Azərbaycan Kültür Dərnəyi”nə, eləcə də bu kitabın nəşrində əməyi keçən hər bir kəsə dərin təşəkkürlərini bildirib.
Tədbirdə Türkiyənin keçmiş səhiyyə naziri Enis Öksüz, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Bakı Dövlət Universitetinin professorları Almaz Məmmədova və Nüşabə Məmmədova iştirak ediblər.
Modern.az